Skip to content

TikTok Shop Nədir?

TikTok Shop — videoya baxan adamın tətbiqdən çıxmadan məhsulu ala bildiyi satış sistemidir. Bu səhifədə necə işlədiyini, satıcı üçün nə tələb olunduğunu və hansı məhsulların orada işlədiyini yazdıq.

Necə işləyir?

Satıcı məhsulu kataloqa əlavə edir, sonra videoda və ya canlı yayımda ona link verir. İzləyici videonu sürüşdürərkən məhsulun etiketini görür, üzərinə basır və ödənişi elə TikTok daxilində edir. Fərq məhz budur: adi sosial şəbəkə satışında adam profilə girib, Direct yazıb, razılaşıb, kart nömrəsi soruşur — TikTok Shop-da bu zəncirin hamısı bir toxunuşa yığılır.

Satıcı üçün nə lazımdır?

  • Satıcı hesabı — TikTok Seller Center-də qeydiyyat, şəxsiyyət və ya biznes sənədi.
  • Kataloq — məhsul şəkilləri, təsvir, qiymət və anbar sayı.
  • Çatdırılma — göndərmə müddəti öhdəliyi. Gecikmə birbaşa reytinqə vurur.
  • Məzmun — məhsulu göstərən qısa videolar; kataloq şəkli tək başına satmır.

Qeyd: TikTok Shop bütün ölkələrdə açıq deyil və mövcud bölgələr mərhələ-mərhələ genişlənir.

Komissiya və qiymətləndirmə

TikTok hər satışdan komissiya tutur və bu, qiymət qoyarkən nəzərə alınmalıdır. Satıcıların ən çox etdiyi səhv qiyməti adi kanallardakı kimi qoymaqdır — komissiya və çatdırılma çıxdıqdan sonra qazanc gözlədiklərindən aşağı olur. Praktik yanaşma: qiyməti komissiya daxil hesablamaq və çatdırılmanı ya qiymətə qatmaq, ya da aydın şəkildə ayrıca göstərmək.

Hansı məhsullar işləyir?

Videoda göstərilə bilən və qərarı tez verilən məhsullar: kosmetika, aksesuar, geyim, ev əşyaları, kiçik texnika. Baha və uzun düşünmə tələb edən məhsullar orada zəif satılır, çünki TikTok-da qərar saniyələrlə ölçülür.

Mağazanın görünməsi

Alıcı məhsulu bəyənsə də, satıcı profilinə baxır. Boş profil, az takipçi və reaksiyasız videolar tərəddüd yaradır. Ona görə bir çox satıcı ilk mərhələdə profili hazırlayır — TikTok Shop takipçi paketləri məhz bu tərəddüdü aradan qaldırmaq üçündür. Sonrasını isə reytinq və çatdırılma sürəti həll edir.

Canlı yayımla satış

TikTok Shop-da satışın böyük hissəsi canlı yayımlarda baş verir. Səbəb sadədir: izləyici məhsulu real vaxtda görür, sual verir, dərhal cavab alır və elə həmin an alır. Yayımda satış üçün üç şey vacibdir — məhsulun əlçatan qiyməti, satıcının suallara tez cavab verməsi və yayımın kifayət qədər uzun sürməsi ki, axına düşən yeni adamlar da tuta bilsin. Canlı yayım açmaq üçün isə hesabda 1000 takipçi həddi tələb olunur.

Frequently Asked Questions

Videoya baxan adamın tətbiqdən çıxmadan məhsulu alıb ödəniş edə bildiyi satış sistemidir.

Seller Center-də qeydiyyat, şəxsiyyət və ya biznes sənədi, məhsul kataloqu və çatdırılma öhdəliyi.

Bəli, TikTok hər satışdan komissiya tutur. Qiymət qoyarkən onu və çatdırılmanı hesaba qatmaq lazımdır.

Videoda göstərilə bilən və tez qərar verilən məhsullar: kosmetika, aksesuar, geyim, kiçik texnika.

Dolayı yolla. Alıcı satıcı profilinə baxır və boş profil tərəddüd yaradır. Satışın özünü video, qiymət və reytinq həll edir.